MÜHAFİZƏÇİLƏRİN XÜSUSİ HAZIRLIQ KURSU

İndi, əvvəlkinə nisbətən, insanların həyat və əmlakı mühafizə xidməti əməkdaşlarından daha çox asılıdır. Sahibkarlığın yüksək sürətlə inkişaf etdiyi bir zamanda dövlət orqanları və xüsusilə də hüquq mühafizə orqanları tərəfindən hər bir fərdi şirkətin və xüsusi mülkiyyət obyektinin mühafizəsi qeyri mümkündür. Buna görə də, özəl mühafizə şirkətlərinin göstərdiyi xidmətdə gələcəkdə də böyük tələbat olacaq. Yüksək texnologiyaların və kompüterlərin gündəlik həyatımıza və biznes sahəsinə inteqrasiyası 21-ci əsrin mühafizə xidməti peşəkarları qarşısında yeni məqsədlər və tələblər qoydu. Bu gün onlar öz fəaliyyətini həm kompüter cinayətkarlığı, həm də müasir terrorçuluğa qarşı yönəltməlidirlər, əlbəttə ki, adi gündəlik vəzifələrinin icrası ilə yanaşı olmaqla.

Təhsil və peşəkar treninqlərin keçirilməsi mühafizə xidməti əməkdaşlarının, eləcədə, bütövlükdə mühafizə xidmətinin inkişafında böyük rol oynayır. Məhz buna görə, “Qeyri-dövlət (özəl) Mühafizə Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 10 Aprel 2007-ci il tarixli 266 IIIQ saylı qanunun 9.1 bəndində göstərilir ki, yalnız mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının vətəndaşları mühafizəçi qismində işə qəbul oluna bilər.

Kursun müddəti: (90 saat)

Kimlər üçün nəzərdə tutulub: özəl mühafizə xidmətinə işə qəbula namizədlər üçün

Məqsəd:  özəl mühafizə xidməti əməkdaşlarının xüsusi hazırlığı

Kursun nəticələri:

Bu kursun sonunda iştirakçılar aşağıdakı bacarıqlara nail olacaqlar:

  • Mühafizə xidmətinin fərdi və korporativ vəzifələrini və öhdəliklərini anlamaq

  • Obyektlərin, binaların, ofislərin və digər ərazilərin mühafizəsi üsullarını anlamaq

  • Şirkətin təhlükəsizlik siyasətini və prosedurlarını anlamaq

  • Keçidə nəzarət, CCTV, təxliyə, patrul keşiyi, şəxsin üstünün axtarışı, yanğın söndürmə, ilk yardım, əlbəyaxa döyüş və sair xüsusi mühafizə tədbirlərinin effektiv tətbiqi

  • Təhlükəsizliklə bağlı riskləri analiz etməyi və qiymətləndirməyi bacarmaq, düzgün mühafizə üsullarını seçmək

Keçirilən mövzular:

Təhlükəsizlik Sistemi

  1. “Təhlükəsizlik” anlayışı
  2. Sənayedə təhlükələr
  3. “Risk” anlayışı
  4. Riskin səviyyəsi
  5. İtkilərin növləri
  6. Özəl mühafizə xidmətinin əsas funksiyası
  7. Mühafizə xidməti əməkdaşının rolu
  8. Mühafizə xidməti əməkdaşının gündəlik vəzifələri
  9. Mühafizə xidmətinin əsas prinsipləri
  10. Mühafizə xidməti əməkdaşının imici
  11. Mühafizə xidməti əməkdaşının şəxsi keyfiyyətləri
  12. Özəl mühafizə xidmətinin növləri

Təhlükəsizlik fəlsəfəsi

  1. Təhlükəsizlik sistemi
  2. Fiziki baryerlərin məqsədi və növləri
  3. Qanunsuz daxil olmanın qarşısını alan vasitə kimi fiziki baryerin təyinatı
  4. “Dərinliyə müdafiə”
  5. 1-ci Müdafiə Xətti (ərazinin perimetri)
  6. Darvazalar
  7. 2-ci Müdafiə Xətti (binanın perimetri)
  8. Su axıdan borular
  9. 3-cü Müdafiə Xətti (daxili müdafiə)
  10. Qıfıllar və açarlar
  11. İşıqlandırma
  12. Xəbər edici elektron sistemləri
  13. Aşkar edici sistemlərin funksiyası
  14. Perimetr boyu daxil olmaq cəhdini aşkar edən sistem
  15. Kamera-müşahidə sistemi (CCTV)

Xidmətin Aparılması

  1. Keçidə nəzarət
  2. Keçidə nəzarətin üç mərhələsi
  3. Nəzarət-buraxılış və qonaqların qarşılanması məntəqəsində (Resepşn) xidmət aparan mühafizə xidməti əməkdaşının vəzifəsi
  4. Şəxsi yoxlama
  5. Qeyri-qanuni daxil olmaq cəhdinin məqsədləri
  6. Şəxsiyyəti təsdiq edən sənədlər
  7. Patrul keşiyi
  8. “Gözlənilməz olmaq” prinsipi
  9. Şübhəli əşyaların aşkar edilməsi
  10. Partlayışın baş verəcəyi barədə hədələmə və ya xəbərdarlıq.
  11. Təxliyə
  12. Baş vermiş hadisələrin qeydiyyatı

Mühafizə xidmətinə aid qanun və prosedur qaydalar

  1. Mühafizəçinin hüquq və vəzifələri
  2. Mühafizəçiyə qarşı qadağalar
  3. Fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi şərtləri və hüdudları
  4. Mühafizə fəaliyyəti və insan haqlarına riayət olunması
  5. Adi prosedurlar
  6. Adi prosedurların məqsədi
  7. Fövqəladə hadisə
  8. Fövqəladə tədbirlərin planlaşdırılması
  9. Fövqəladə prosedurların məqsədi
  10. Məlumatın təhlükəsizliyi
  11. Məlumatın qorunmasına dair standart tədbirlər
  12. “Təmiz Stol” Siyasəti
Tags:

Leave a Commet

Your email address will not be published. Required fields are marked *