Wait when page loaded

(+994 12) 488 07 88

Babek pr. 11/31, Babek Plaza, 5th floor.

OBYEKTLƏRİN QORUNMASI VƏ MÜHAFİZƏ XİDMƏTİ

“Titan D” Mühafizə Şirkəti obyektlərin uzun və qısamüddətli qorunması və mühafizə xidməti göstərir. Təhlükəsizlik xidməti əməkdaşlarımız sizin təhlükəsizliklə bağlı tələblərinizin öhdəsindən gəlmək, eləcə də şirkətiniz və işçiləriniz üçün təhlükəsiz bir mühit təmin etmək üçün yaxşı hazırlanmış və peşəkar təlim keçmiş ekspertlərdir. Fiziki təhlükəsizlik xidmətlərimiz
elektron sistemlərinizlə tam inteqrasiya etmək, işçiləriniz və aktivlərinizin maksimum mühafizəsini təmin etmək üçün nəzərdə tutulmuşdur.

Kommersiya qurumunuzun qorunmasına gəldikdə, “Titan D” Təhlükəsizlik Şirkəti bu məsələdə öz sinfinin ən yaxşısıdır. Bizim işçilərimiz peşəkar rəftar, davranış və bacarıqlarına görə seçilirlər. Bizim Neft və Qaz sənayesini, əraziləri və boru kəmərlərini, ofisləri və binaları, biznes mərkəzlərini və dəniz limanlarını təmsil edən müştərilərimiz var.

TƏHLÜKƏSİZLİK ŞİRKƏTİMİZ BÜTÜN AZƏRBAYCANDA KOMMERSİYA TƏHLÜKƏSİZLİK
XİDMƏTLƏRİNİ TƏMİN EDİR.

“Titan D” BP kimi dünyanın aparıcı neft və qaz şirkətləri ilə işləmək üzrə böyük təcrübəyə malikdir. Müştərilərimiz kəşfiyyatdan və hasilatdan tutmuş son müştəriyə gedən qurğulara və daşınmaya qədər bütün istismar dövrü ərzində aktivlərin təhlükəsizliyini təmin etmək üzrə təcrübəyə malik əsas tərəfdaş kimi bizə etibar edirlər.