Wait when page loaded

(+994 12) 488 07 88

Babek pr. 11/31, Babek Plaza, 5th floor.

RİSK TƏHLİLİ VƏ TƏHLÜKƏSİZLİKLƏ BAĞLI KONSULTASİYA

Biz sizin təhlükəsizliyiniz və iş yerində zorakılığın qarşısının alınması və cavab tədbirləri proqramlarınızı iqtisadi cəhətdən səmərəli, strateji və praktiki olaraq qiymətləndirmək,planlaşdırmaq, öyrətmək və inkişaf etdirmək üçün müştərilərimizə təhlükəsizliklə bağlı pulsuz konsultasiya təklif edirik.

Təcrübə, peşəkarlıq, obyektivlik və innovasiyanın unikal qarışığı sizə xüsusi ehtiyac,mədəniyyət, dəyərlər, büdcə, tarix və risklərinizə hərtərəfli cavab verən təhlükəsizlik idarəçiliyi və iş yerində konsultasiya dəstəyi təqdim edir.

Risk qiymətləndirməsi kimi də tanınan təhlükəsizlik riskinin təhlili hər hansı bir təşkilatın təhlükəsizliyi üçün əsasdır. Nəzarət və xərclərin təşkilatın məruz qaldığı risklərə tam uyğun olmasını təmin etmək vacibdir.

Bir çox firma və təşkilat anlamışdır ki, vaxtaşırı olaraq bütün təşkilatlar və ya müəyyən müəssisə, şöbə və ya proses üzrə təhlükəsizlik sorğuları, risk qiymətləndirmələri və/yaxud təhlükəsizliklə bağlı çatışmazlıqların qiymətləndirilməsini yerinə yetirmək vaxtında və məqsədəuyğundur. Təhlükəsizliyin qiymətləndirilməsi və ya sorğu keçirilməsi obyektiv, tədbir xarakterli, kollektiv, hərtərəfli və peşəkar şəkildə aparılarsa, aşağıdakıları edə bilər:

  • TƏHLÜKƏSİZLİK PROQRAMINIZIN REAL RİSK VƏ TƏHLÜKƏLƏRİNİZİ DÜZGÜN VƏ İQTİSADİ CƏHƏTDƏN SƏMƏRƏLİ ŞƏKİLDƏ HƏLL ETMƏSİNİN MÜƏYYƏN EDİLMƏSİ

  • MƏLUMATLILIĞIN, TƏHLÜKƏSİZLİYİN QİYMƏTLƏNDİRİLMƏSİNİN VƏ HƏR KƏS TƏRƏFİNDƏN İTKİLƏRİN QARŞISININ ALINMASININ ARTIRILMASI

  • HAZIRDA OLDUĞUNUZ MÖVQEDƏ ƏSAS VƏ PRİORİTETLƏŞDİRİLMİŞ PERSPEKTİVİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ QƏRARLAŞMALI OLDUĞUNUZ MÖVQENİN PLANLAŞDIRILMASI

  • TƏHLÜKƏSİZLİKLƏ BAĞLI ÖHDƏLİKLƏRİN AZALDILMASI

  • MÜHAFİZƏ SƏVİYYƏLƏRİNİ QORUYUB SAXLAYARAQ, HƏTTA ARTIRARAQ ƏSASƏN TƏHLÜKƏSİZLİKLƏ BAĞLI XƏRCLƏRİN AZALDILMASI

  • TƏHLÜKƏSİZLİK ÜÇÜN XƏRCLƏDİYİNİZ BÜTÜN VƏSAİTLƏRİN MƏQSƏDLƏRİNİZƏ VƏ EHTİYACLARINIZA SƏRF EDİLDİYİNƏ ƏMİN OLMA

“TITAN D” TƏHLÜKƏSİZLİK ŞİRKƏTİ OLARAQ BİZ SİZƏ TƏŞKİLATINIZ ÜÇÜN HANSI TƏHLÜKƏSİZLİK NƏZARƏTİNİN UYĞUN VƏ İQTİSADİ CƏHƏTDƏN SƏRFƏLİ OLDUĞUNU MÜƏYYƏN ETMƏKDƏ KÖMƏK EDƏCƏYİK.