Wait when page loaded

(+994 12) 488 07 88

Babek pr. 11/31, Babek Plaza, 5th floor.

BİZ KİMİK

“Titan D” Limited Azərbaycanda və onun hüdudlarından kənarda, özəl təhlükəsizlik sahəsində öz etibarlılığı və peşəkar bacarıqları ilə məşhurlaşmış Mühafizə Şirkətidir.

Biz personalımızın adekvat bacarıqlara və motivasiyaya sahib olmasını təmin etməyə olan öhdəliyimiz vasitəsilə keyfiyyətli xidmət göstərilməsinə görə güclü nüfuz qazanmışıq. “TITAN D Limited” hər kəsə bərabər imkanlar təmin edən bir işəgötürən olmaq məsələsinə sadiq qalır və biz əmək qanunvericiliyinin bütün qaydalarına tam riayət edirik.

null

Direktor: Cəmil Çaparlı

Cəmil Çaparlı
Direktor

“Titan” Limited 7 oktyabr 1996-cı il tarixində qeydiyyatdan keçmiş (Qeyd. № 2085) özəl Mühafizə Şirkətidir.

ŞİRKƏT AŞAĞIDAKI ƏSAS XİDMƏTLƏRİ TƏQDİM EDİR:

Görülən işlərin həcminin artması, həmçinin fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə 3 mart 2003-cü ildə “Titan D” şirkəti yaradıldı.

O vaxtdan bəri hər iki şirkət uğurla inkişaf edib. 2009-cu ildə özəl mühafizə xidmətlərinin göstərilməsi üçün xüsusi lisenziyanın qüvvəyə minməsi ilə əlaqədar olaraq “Titan D” Limited mühafizə xidmətlərinə (Lisenziya № 041350 – 22 may 2009-cu il), “Titan” isə təhlükəsizlik işçiləri üçün təlimlərə yönəlmişdir.

“Titan D” özünün dürüstlük üzrə qazandığı nüfuzuna dəyər verir və biznes etikasının ən yüksək beynəlxalq standartlarına, həmçinin Beynəlxalq və Dövlət İnsan Hüquqları Qanununa və peşəkar standartlara əməl edir.

TƏHLÜKƏSİZLİK XİDMƏTİ
OBYEKTLƏR
MÜDAFİƏ
TƏHLÜKƏSİZLİK
KONSULTASİYA
RİSK
TƏHLİL
TƏHLÜKƏSİZLİK SİSTEMİ
QURAŞDIRMA
XİDMƏTLƏR
VƏ DİGƏR

BİZİM İDARƏETMƏMİZ

“TITAN D Limited” Mühafizə Şirkətinin direktoru Cəmil K. Çaparlıdır. Şirkətin yaradıldığı1996-cı ildən bəri o, Azərbaycanın aparıcı özəl mühafizə şirkətlərindən birini planlamış, formalaşdırmış, araşdırmış, şəbəkə yaratmış və uğurla fəaliyyətinə başlamışdır.

Cənab C.Çaparlının ilk olaraq Milli Təhlükəsizlik Nazirliyində başlamış təhlükəsizlik sahəsində karyerası 30 ili əhatə edir. “TITAN D Limited” şirkətinin təsisçisi və direktoru olaraq cənab C.Çaparlı xidmətin göstərilməsinə görə tam məsuliyyət daşıyır.

Clients

Over 22 clients