Wait when page loaded

(+994 12) 488 07 88

Babek pr. 11/31, Babek Plaza, 5th floor.

TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ ÜZRƏ İXTİSASARTIRMA KURSU

Kursun müddəti: Bir gün

Hədəf auditoriya: bu təlim kursu müəssisə rəhbərləri, supervayzerlər, yüksəklikdə işləməklə bağlı məsuliyyət daşıyan və ya işləməyə cəlb olunan işçilər və işəgötürənlər üçün idealdır.

Məqsəd:Hündürlükdə iş işçilərin sağlamlığı və təhlükəsizliyi üçün xüsusilə ciddi risk təşkil edə bilir və ölüm və ciddi yaralanmaların əsas səbəbi olaraq qalır. İşəgötürənlər və vəzifəli şəxslər
hündürlükdə işin istənilən formasının planlaşdırıldığından, nəzarət edildiyindən və təhlükəsiz şəkildə yerinə yetirildiyindən əmin olmaqla bu risklərə məruz qala biləcək hər kəsi qorumaq məsuliyyəti daşıyır.

Nəticələr:"Hündürlükdə iş" təlim kursu hündürlükdə iş üçün, eləcə də digər insanların sağlamlığı və təhlükəsizliyi üçün məsuliyyət daşıyan hər kəs üçün vacibdir. Bu ixtisas kursu hündürlükdə iş ilə bağlı bütün aspektləri əhatə edir və nümayəndələri qanunvericilik, təhlükəsizlik tələbləri və iş üsulları da daxil olmaqla hündürlükdə işlə bağlı hərtərəfli anlayış ilə təmin etmək üçün nəzərdə tutulmuşdur.

Kursun məzmunu:

  • Giriş (Hündürlükdə iş nədir)
  • Tikintidə yaranan təhlükələr
  • Risklərin qiymətləndirilməsi
  • İdarəetmənin iyerarxiyası
  • Hündürlükdə təhlükəsizliyin təmin edilməsi üçün avadanlıqların seçilməsi
  • Əlaqədar avadanlıqların təhlükəsiz istifadəsi
  • Avadanlıqlara texniki qulluq və onların yoxlanılması
  • Hündürlükdə iş zamanı yıxılmadan müdafiə
  • Düşən obyektlərdən mühafizə
  • Nərdivanlar və açılıb-yığılan nərdivanlar
  • Əhatə olunan mövzuların və məqsədlərin nəzərdən keçirilməsi
  • Çoxseçimli test

Qiymət: 150.0 AZN (ƏDV daxil deyil)

Sertifikatlaşdırma: Təlimi uğurla tamamlamış bütün iştirakçılara bitirmə haqqında sertifikat veriləcək.